Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən bildirilib.
Görüşdə Azərbaycanla Qazaxıstanın bütün istiqamətlərdə, o cümlədən enerji sektorunda uğurlu əməkdaşlıq etdikləri məmnunluqla qeyd olunub. Bu xüsusda, SOCAR ilə Qazaxıstan şirkətləri arasında əlaqələrin dinamik inkişaf etdiyi diqqətə çatdırılıb.
Görüşdə SOCAR ilə “KazMunayQaz” şirkəti arasında əməkdaşlığın cari vəziyyətinə, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzitinə, hasilat layihələrində əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:39 / 31.05.2024
Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub
Hazırda oxunan: Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub
Hazırda oxunan: Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub
195100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.