Qarabağda minatəmizləmə prosesinə xərclənən pulun məbləği AÇIQLANDI 

Qarabağda minatəmizləmə prosesinə xərclənən pulun məbləği AÇIQLANDI 

Hazırda oxunan: Qarabağda minatəmizləmə prosesinə xərclənən pulun məbləği AÇIQLANDI 

195000

“Qarabağ ərazisinin minalarla çirkləndirilməsi nəticəsində 800 min nəfər keçmiş məcburi köçkün öz evlərinə qayıtmaq hüququndan müvəqqəti məhrum olub". 

Bizim.Media xəbər verir ki, bunu “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfransında Prezidentin xüsusi tapşırılar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib. 

O diqqətə çatdırıb ki, 2020-ci ilin noyabrından həmin ərazilərdəki mina partlayışları zamanı 67 nəfər həlak olub, 293 nəfər isə yaralanıb. 

"Qarabağda quruculuq işləri nəticəsində həmin ərazilərdə infrastruktur obyektlərin eləcə də inşası üzrə genişmiqyaslı işlər həyata keçirilib. Eyni zamanda Ermənistanla normallaşma prosesi üzrə də işlər həyata keçirilir. Azərbaycan bu sahədə üzərinə düşən bütün tədbirləri görür. Onu da qeyd etmək istəyirəm ki, Qarabağ ərazisinin minalarla çirkləndirilməsi nəticəsində 800 min nəfər keçmiş məcburi köçkün öz evlərinə qayıtmaq hüququndan müvəqqəti məhrum olub.

Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Hazırda həmin ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bu gün bir sıra ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin minalardan təmizlənmə prosesinə dəstək verir.
Mən bu mürəkkəb prosedə ANAMA-nın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bu gün Qarabağın minasızlaşdırılmasında xanım minatəmizləyənlərimiz də iştirak edir. Minasızlaşdırma prosesi ona görə sürətlə davam etdirilir ki, artıq keçmiş məcburi köçkünlərimiz mümkün qədər tez bir zamanda öz evlərinə qayıda bilsinlər". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO