Azərbaycanda ərzaq ucuzlaşacaq? – Oktyabra qədər  PROQNOZ  açıqlandı

Azərbaycanda ərzaq ucuzlaşacaq? – Oktyabra qədər  PROQNOZ  açıqlandı

Hazırda oxunan: Azərbaycanda ərzaq ucuzlaşacaq? – Oktyabra qədər  PROQNOZ  açıqlandı

194845

“Son 1 ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Ərzaq Qiymətlərinin İndeksində ərzaq qiymətlərində 10 faiz ucuzlaşma müşahidə edilib. Lakin bunun Azərbaycana az təsiri olur”.

Bu fikirləri Bizim.Media-ya ərzaq qiymətlərinin perspektivi ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli deyib

O qeyd edib ki, ucuzlaşmanın yeganə təsiri o oldu ki, inflyasiya azaldı:

“Əvvəllər ikirəqəmli infyasiya idi. İndi isə rəsmi rəqəmlərə görə son aylarda inflyasiya mövcud deyil. Ucuzlaşma mövsümi xarakter daşıyır. Yaz və yayda yeni kənd təsərrüfatı məhsulların bazara çıxması qiyməti müəyyən qədər ucuzlaşdırır, sabitləşdirir.
Amma bu, o demək deyil ki, uzunmüddətli proses olur. Azərbaycanda təxminən oktyabr ayına qədər qiymətlərdə müəyyən sabitlik yaransa da, sonradan qiymət artımının tempi yüksəlməyə başlayır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO