Azərbaycan Mərkəzi Bankında (AMB) yeni yaradılmış 3 departamentə direktorlar təyin edilib.
Bu barədə Bizim.Media-ya AMB-dən məlumat verilib.
Bildirilib ki, Pənah Bənnayev Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin, Müşfiq Əmirov Kapital bazarı fəaliyyətinə nəzarət departamentinin, Kəmalə Qurbanova isə Ödəniş xidmətləri və ödəniş sistemləri üzrə fəaliyyətə nəzarət və siyasət departamentinin rəhbərliyinə gətirilib. Sonuncu indiyə qədər Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru olub.
Bundan başqa, Anar Muxtarov AMB-nin Rezolyusiya departamentinə, Samir Rzayev isə Maliyyə monitorinqi departamentinə direktor təyin edilib. Sonuncu bu vəzifədə Z.Hacılını əvəz edib. Ona isə Maliyyə monitorinqi üzrə siyasət və tənzimlənmə departamentinə direktorluq həvalə olunub.
AMB-nin İstehlakçılarla iş departamentinə isə Murad Məmmədov təyin edilib. O bu vəzifədə Xəyal Babayevi əvəzləyib.
Həmçinin, qurumun Nağd pul departamentinin direktoru Adışirin Qasımov, eləcə də Maliyyə sabitliyi departamentinin direktoru Rüstəm Tahirov, İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elvin Şahverdiyev vəzifələrindən azad edilib. Onların yerinə hələ ki, təyinat olmayıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:36 / 29.05.2024
Mərkəzi Bankda yeddi yüksək vəzifəyə TƏYİNAT
Hazırda oxunan: Mərkəzi Bankda yeddi yüksək vəzifəyə TƏYİNAT
Hazırda oxunan: Mərkəzi Bankda yeddi yüksək vəzifəyə TƏYİNAT
194620
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.