“Azərbaycanın qarşısında enerji keçidi üzrə böyük hədəflər var. Ölkəmiz nəhəng neft və qaz sərvətlərinə malikdir”.
Bizim.Media xəbər verir ki, bunu Energetika nazirinin müavini Samir Vəliyev Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.
Nazir müavini qeyd edib ki, əslində bunun ixracı nəticəsində böyük maliyyə vəsaitləri qazanılır, tələbatlar ödənilir.
O bildirib ki, enerji tələbatının ödənilməsi baxımından bərpa edilən enerji mənbələrinin inkişaf etdirilməsinə belə bir ciddi zərurət yoxdur:
"Amma bizim beynəlxalq iqlim dəyişikliyi, atmosferə atılan tullantıların azaldılması ilə bağlı könüllü olaraq bir sıra hədəflər müəyyən etmişik. Ölkə başçısı 5 ilkin prioritetlər biri kimi məhz "Yaşıl inkişaf" müəyyən edib. 2022-2026-cı il üçün "Sosial İqtisadi İnkişaf Strategiyası", "Böyük Qayıdış" planında çox ciddi hədəflər müəyyənləşdirilib. Biz 2027-ci ilə qədər Yaşıl enerji mənbələri ilə bağlı layihələrin həyata keçirilməsini nəzərdə saxlamalıyıq. Bunun enerji sistemimizdə inteqrasiyasını da həyata keçirəcəyik.
Paralel olaraq dənizdə də böyük külək enerji potensialı mövcuddur. Biz bunu reallaşdırılıb və əldə edilən enerjinin Avropa ölkələrinə ixrac edilməsini planlaşdırırıq. Hazırda ötən ilin oktyabr ayında BƏƏ-nin şirkəti tərəfindən 230 meqavatlıq Günəş Elektrik Stansiyasının layihəsi icra olunub. Qarşıdakı dövrdə 240 meqavatlıq Külək Elektrik Stansiyasının layihəsinin həyata keçirilməsi planlaşdırılır. Yaxın dövrdə biz 1 geqavat gücündə 3 elektrik stansiyasının layihəsinin həyata keçirilməsinə start verdik. Bütün bunlar çərçivəsində ümumilikdə ölkəmizə 1 milyard yarım dollar məbləğində investisiya yatırılıb və yatırılmaqdadır. Bu 20-25 ilə hesablanan böyük layihələrdir. Bu ölkənin gələcəyinə, dövlət siyasətinə olan inamın göstəricisidir".
S.Vəliyev qarşıda görülməli olan işlərə də toxunub:
"Həyata keçirilməli layihələrdən birincisi biz bərpa edilən enerjilərini inteqrasiyasını həyata keçirməklə bu sahəni gücləndirməliyik. İkinci istiqamət dənizdə istehsal ediləcək yaşıl enerjinin Avropa ölkələrinə ixracını təmin etməkdir. Hazırda bu sahədə iş gedir. Bilirsiniz ki 3 dəhliz üzərindən işlər aparılır.
Bunlardan birincisi "Xəzər dənizi - Qara Dəniz Avropa yaşıl enerji dəhlizi", "Azərbaycan -Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan üzərindən aparılan, üçüncü mühüm istiqamət isə yeni başladığımız "Mərkəzi Asiya ölkələrindən, onların yaşıl enerji resurslarının Azərbaycan vasitəsilə Avropaya ixracını həyata keçiririk. Bu bizim strateji hədəflərimizdir".
Nuranə Daxilqızı, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:19 / 27.05.2024
“Avropaya yaşıl enerji 3 dəhliz üzərindən ixrac edilir” – Nazir müavini
Hazırda oxunan: “Avropaya yaşıl enerji 3 dəhliz üzərindən ixrac edilir” – Nazir müavini
Hazırda oxunan: “Avropaya yaşıl enerji 3 dəhliz üzərindən ixrac edilir” – Nazir müavini
194270
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.