Siqaret yenidən BAHALAŞACAQ

Siqaret yenidən BAHALAŞACAQ

Hazırda oxunan: Siqaret yenidən BAHALAŞACAQ

193973

Milli Məclisin dünən keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliklər müzakirə olonub. Müzakirələrin nəticəsi olaraq tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti daxil edilib.

Eyni zamanda, qanun layihəsində qeyd olunur ki, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması həyata keçiriləcək.

Bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Belə ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışı əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.

Bu dəyişikliklər müzakirəyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Siqaret istehsalı və idxalı ilə bağlı yeni tələb və rüsumlar fonunda görəsən siqaret bahalaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, sözügedən dəyişiklik tütün məmulatlarının qiymətinin 10 faizə qədər bahalaşmasına səbəb olacaq:

“Rüsum və ya vergi artımı məhsulun qiymətini istər-istəməz artırır. Tütün məmulatları elə bir sahədir ki, burada hökumətlər daha rahat davrana bilir. Çünki bu sosial məsələ deyil. Əksinə onu sağlam həyat tərzi uğrunda mübarizə kimi də təqdim edirlər. Ona görə də tez-tez tütün məmulatları ilə bağlı aksizlərin artdığını müşahidə edirik.

İndi istehsal və satış məsələsində lisenziyaların alınması da bahalaşdırılır. Bu da nəticə etibarı ilə son məhsulun maya dəyəri və qiymətinə təsir göstərir. Ona görə də qanunun təbtbiqindən sonra tütün məmulatlarında müəyyən qiymət artımını müşahidə edəcəyik. Bu artım 10 faizə yaxın olacaq”.

Ekspert qeyd edir ki, siqaretin bahalaşması ondan istifadə edənlərin sayının kəskin azalmasına gətirib çıxarmayacaq:

“Siqaretin qiymətinə görə onu çəkənlərin sayı azalsaydı, dünya çoxdan bu problemi həll etmişdi. Dünyanın əksər ölkələrində siqaret bahadır. Avropada Azərbaycanda olduğundan 5-6 dəfə bahadır. Amma oradakı araşdırmalar göstərir ki, siqaretin bahalaşmasının müəyyən təsiri olsa da, ondan istifadə edənlərin kəskin azalmasına səbəb olmur. Əksinə, bu fonda qaçaqmalçılıq çiçəklənə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO