Mayın 24-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2023-cü il üzrə fəaliyyət nəticələrinə dair təqdimat dinlənilib, ötən ilin nəticələri üzrə audit olunmuş maliyyə hesabatı təsdiq edilib.
İclasda SOCAR-ın Müşahidə Şurası tərəfindən verilmiş tapşırığa uyğun olaraq, şirkətin 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsi təsdiqlənib.
İclasda həmçinin SOCAR-ın xarici investisiya layihələrində iştirakına və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
21:44 / 24.05.2024
SOCAR-ın 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsi TƏSDİQLƏNDİ
Hazırda oxunan: SOCAR-ın 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsi TƏSDİQLƏNDİ
Hazırda oxunan: SOCAR-ın 2024-cü il üzrə dürüstləşdirilmiş büdcəsi TƏSDİQLƏNDİ
193903
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.