Tütün məhsulları ilə bağlı yeni rüsum TƏTBİQ OLUNACAQ 

Tütün məhsulları ilə bağlı yeni rüsum TƏTBİQ OLUNACAQ 

Hazırda oxunan: Tütün məhsulları ilə bağlı yeni rüsum TƏTBİQ OLUNACAQ 

193812

Milli Məclis tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektləri üçün müəyyənləşən yeni rüsumu son oxunuşda təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında mazakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi rüsumu 150 manat təşkil edəcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO