Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı vergi güzəştləri tətbiq ediləcək.
Bizim.Media xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan Respublikasında keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər-2024-cü il martın 1-dən 9 ay müddətinə gəlir vergisindən azad edilir.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:53 / 21.05.2024
COP29-la bağlı vergi güzəştləri tətbiq EDİLƏCƏK
Hazırda oxunan: COP29-la bağlı vergi güzəştləri tətbiq EDİLƏCƏK
Hazırda oxunan: COP29-la bağlı vergi güzəştləri tətbiq EDİLƏCƏK
193262
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.