Azərbaycanda taksilərdə iyun ayının 1-dən minimal gedişhaqqının 4 manat 50 qəpik olacağı bildirilir.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Yayılan məlumat taksi şirkətlərində çalışan sürücülərə istinadən verilib.
MÖVZU İLƏ BAĞLI:
İyun 1-dən taksilərdə minimal gediş haqqı 4.50 AZN OLACAQ – KİV
Məsələ ilə bağlı “Bolt” taksi şirkətinə sorğu ünvanladıq.
Şirkətin səlahiyyətli nümayəndəsi Bizim.Media-nın sorğusuna cavab olaraq məlumatın yalan olduğunu bildirib.
“Uber” taksi şirkətinin Azərbaycandakı nümayəndəliyindən isə saytımıza bildirilib ki, şirkətin baş ofisi bu məlumata şərh verməkdən imtina edib.
Günay Şahmar, Bizim.Media