AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti! 

AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti! 

Hazırda oxunan: AZAL-dan Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsəti! 

192504

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. 

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, təklif həm bir tərəfə, həm də hər iki istiqamətdə aviabiletlər üçün keçərlidir. 

Bakıdan Pekinə aviabiletlərin qiyməti: 

* Bir tərəfə — 235 ABŞ dollarından; 

* Gediş-dönüş — 391 ABŞ dollarından; 

Pekindən Bakıya aviabiletlərin qiyməti: 

* Bir tərəfə — 214 ABŞ dollarından; 

* Gediş-dönüş — 398 ABŞ dollarından başlayır. 

Qeyd edək ki, endirimli qiymətlər yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 2024-cü il mayın 31-nə kimi həyata keçirəcəyi reyslərinə şamil olunur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.

Pekində Böyük Çin səddinə ziyarət və Saray Muzeyində gəzintidən, ənənəvi Çin mətbəxinin dadı və məşhur bazarlarda alış-verişdən zövq ala bilərsiniz. Xüsusi qiymətlərlə Pekinə səyahət etmək fürsətini qaçırmayın! 
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO