İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Belarusun antiinhisar tənzimləmə və ticarət naziri Aleksey İqoreviç Boqdanov arasında ikitərəfli görüş keçirilib.
Dövlət Xidmətindən Bizim.Media-ya bildirilib ki, görüş zamanı rəqabət, antiinhisar siyasəti, dövlət satınalmaları və istehlakçı hüquqlarının müdafiəsi sahələrində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də müvafiq istiqamətlər üzrə qarşılıqlı təcrübə mübadiləsi imkanları müzakirə edilib.
Görüşdə, həmçinin bu il iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsi, o cümlədən ilin əvvəlindən etibarən tətbiqinə başlanılan “Dövlət satınalmaları haqqında” yeni Qanun barədə geniş məlumat verilib, rəqabət sahəsində xidmətlərin rəqəmsallaşdırılması istiqamətində atılan addımlardan bəhs edilib.
Tərəflər biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması məqsədilə hər iki ölkədə həyata keçirilən antiinhisar nəzarəti və haqsız rəqabətə qarşı mübarizə sahəsində dövlət siyasəti barədə fikir mübadiləsi aparıblar.
Həmçinin rəqabətin təşviqi, müvafiq sahədə qanunvericiliyin tətbiqi, reklam fəaliyyətinə dövlət nəzarətinin təşkili və istehlakçı hüquqlarının müdafiəsi sahələri üzrə əməkdaşlıq məsələləri də geniş müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
20:22 / 15.05.2024
Azərbaycanla Belarus arasında dövlət satınalmaları sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Hazırda oxunan: Azərbaycanla Belarus arasında dövlət satınalmaları sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Hazırda oxunan: Azərbaycanla Belarus arasında dövlət satınalmaları sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
192283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.