Son zamanlar bəzi iş adamları tenderlər zamanı, xüsusilə də xidmət satınalmalarında üzləşdikləri haqsızlıqdan tez-tez şikayət edirlər. Şikayətlərsə müxtəlif məzmunludur. Ən çox şikayət olunan məsələ isə təklif olunan xidmətin real bazar qiyməti ilə uyğunsuzluqları ilə bağlıdır.
Redaksiyamıza daxil olan şikayətlərdə dempinqlərlə bağlı narazılıqlar daha çoxdur. Məsələn, hansısa satınalınan xidmətə görə keçirilən tenderdə bəzi şirkətlər real bazar qiymətindən xeyli aşağı qiymət təklif edir. Bu da digər iddiaçıların hüquqların və mövcud qanunvericiliyi pozur.
Qeyd edək ki, dempinq məhsul və ya xidmətlərin orta pərakəndə qiymətlərdən aşağı, bəzən isə maya dəyərindən aşağı satılmasıdır.
Bəs, qanunvericilikdə bu məsələ necə tənzimlənir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli “Dövlət satınalmaları haqqında” qanunda sözügedən məsələ ilə bağlı normaların olduğunu qeyd edib:
“Qiymət məsələsində bəzən qanuvericiliyin pozulması hallarına rast gəlinir. Qanunda qiymətlərin tənzimlənməsi ilə bağlı şübhə doğuran məqamlar olduqda həmin şirkətin təklifinin geri çevrilməsi qaydası var. Amma bir çox hallarda qanunun bu tələbi Tender Komissiyası tərəfindən və bəzi iddiaçılar tərəfindən pozulur. Bir də baxırsan ki, iddiaçı şirkət elə qiymət təklif edir ki, o real bazar qiymətlərindən xeyli aşağı səviyyədədir.
Halbuki, qiymət fərqi bazar qiymətindən 20 faiz aşağı ola bilər. Daha 30-40 faiz aşağı ola bilməz ki...
Ümumiyyətlə, alınan xidmətlərə görə təklif olunan qiymətlər ağlabatan səviyyədən çox aşağı səviyyədə göstərilsə, onda bu iddiaçı Tender Komissiyası tərəfindən rədd edilməlidir. Çünki ucuz qiymət ilk növbədə işin keyfiyyətinə şübhə yaradır. Əgər xidmət çox aşağı qiymətə təklif olunarsa, ondan keyfiyyət gözləməyə dəyməz.
Amma, təəssüflə deməliyik ki, bu qaydalar tenderlərdə ən çox rast gəlinən pozuntular siyahısına daxildir. Bəzi şirkətlər öz rəqiblərini sıradan çıxarmaq üçün bir çox hallarda real qiymətlərdən aşağı xidmət təklif edirlər. Bu da mövcud qanunvericiliklə daban-dabana ziddir. Ədalət naminə deyək ki, “Dövlət satınalmaları haqqında” qanun çox mükəmməldir. Amma bir çox təşkilatlar tender və katirovka sorğusu keçirərkən qanunun tələblərini pozur”.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərdik.
Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:15 / 13.05.2024
Dempinq PROBLEMİ – “Xidmət satınalmalarında qiymət fərqi 20 faizdən çox ola bilməz”
Hazırda oxunan: Dempinq PROBLEMİ – “Xidmət satınalmalarında qiymət fərqi 20 faizdən çox ola bilməz”
Hazırda oxunan: Dempinq PROBLEMİ – “Xidmət satınalmalarında qiymət fərqi 20 faizdən çox ola bilməz”
191872
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.