Əhaliyə ŞAD XƏBƏR - Maaşlar bu tarixdə artırılacaq

Əhaliyə ŞAD XƏBƏR - Maaşlar bu tarixdə artırılacaq

Hazırda oxunan: Əhaliyə ŞAD XƏBƏR - Maaşlar bu tarixdə artırılacaq

191854

Artıq uzun müddətdir ki, maaşların nə zaman artacağı ilə bağlı əhali arasında müzakirələr davam edir. Fevralda keçirilən prezident seçkiləri öncəsi pensiya müavinətlərində artım olsa da, maaşlarla bağlı analoji artım qeydə alınmadı. 

Bir çoxları düşünür ki, yaxın aylarda keçirilməsi gözlənilən və artıq yavaş-yavaş öz təsdiqini tapan parlament seçkiləri öncəsi maaşların artımı ilə bağlı qərar veriləcək. 

Bəs bu proqnoz özünü doğrulda bilərmi? Doğrudanmı, yay aylarında maaşlar artacaq? 

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “yenisabah.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, seçkilər öncəsi maaş artımı mütləqdir: 

"Maaşlarda artım mütləq olacaq. Yəni minimum əməkhaqqı artacaq. Sadəcə, yeni bir ideya var ki, minimum əməkhaqqı saat hesabı ilə ödənilsin. Belə bir mexanizmə keçidlə bağlı təklif var. Amma təkliflərin nədən ibarət olduğu təəssüf ki, açıqlanmayıb. İstənilən halda, Azərbaycanda minimum əməkhaqqı çox aşağıdır. Hazırki minimum əməkhaqqını saatla hesablasaq, təqribən 1 manat 78 qəpik edir. Bu isə çox aşağı göstəricidir”. 

Ekspert ölkədə minimum əməkhaqqının artımına ciddi ehtiyac olduğunu diqqətə çatdırıb: 

"Azərbaycanın da daxil olduğu inkişaf etməkdə olan ölkələrdə minimum əməkhaqqı saat hesabı ilə 2 dollardan başlayır. Yəni indiki məzənnə ilə götürsək, 3 manat 40 qəpikdən hesablanır. Bu baxımdan Azərbaycanda minimum əməkhaqqının və maaşların artımına ciddi ehtiyac var. Amma saat hesabına keçilsə, bu hansı mexanizmlə hesablanacaq, tam dəqiq deyil. Hazırda məlum olan yeganə nüans odur ki, maaşlar parlament seçkiləri öncəsi mütləq artacaq. Yəqin ki, bu ayın sonuna yaxın parlamentə bununla bağlı təkliflər göndəriləcək”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO