Hindistan yükləri Azərbaycan ərazisindən daşınacaq?

Hindistan yükləri Azərbaycan ərazisindən daşınacaq?

Hazırda oxunan: Hindistan yükləri Azərbaycan ərazisindən daşınacaq?

191755

Hindistan qarşıdakı on il ərzində Çabahar limanını idarə etmək üçün İranla müqavilə imzalamağa hazırlaşır.

Bizim.Media xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti yazıb.

Nəşr qeyd edir ki, Hindistanın limanlar, gəmiçilik və su yolları naziri Sarbananda Sonoval sazişi imzalamaq üçün bazar ertəsi İrana səfər edəcək. Hindistan ilk dəfədir ki, xarici limanın idarəçiliyini öz üzərinə götürür.

Yeni müqavilə 10 il müddətinə qüvvədə olacaq və avtomatik yenilənəcək. Gələcəkdə Hindistanın Çabahar vasitəsilə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinə qoşulması planlaşdırılır.

Bu ticarət marşrutu Hindistan və Fars körfəzi ölkələrindən İran, Azərbaycan və Rusiya əraziləri vasitəsilə, o cümlədən bu üç ölkənin dəmir yollarını birləşdirərək Qərbi və Şimali Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO