Azərbaycan 2020-ci ildə dünyanın 3 super gücünə necə yaxınlaşdı? - DETALLAR

Azərbaycan 2020-ci ildə dünyanın 3 super gücünə necə yaxınlaşdı? - DETALLAR

Hazırda oxunan: Azərbaycan 2020-ci ildə dünyanın 3 super gücünə necə yaxınlaşdı? - DETALLAR

19100

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu tərəfindən 2020-ci ildə dünya ölkələrində hərbi sahəyə ayrılmış maddi vəsaitlərin həcmi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “sipri.org” saytı yayıb.

Mənbə yazır ki, ümumilikdə 2019-cu illə müqayisədə 2020-ci il dünya ölkələrinin hərbi xərclərində 2.6% həcmində artım qeydə alınıb.

Məqalədə Azərbaycanın hərbi xərcləri ilə bağlı araşdırmaya da yer verilib. 2020-ci ildə Azərbaycanın hərbi sahəyə ayırdığı maddi vəsaitin həcminin 2 milyard 238 milyon dollar olduğu qeyd olunub. Həmçinin qeyd edilib ki, bu, 2019-cu ildəki müvafiq göstəricidən 17% çoxdur.

Ölkəmiz hərbi xərcləmələrin artım tempinə görə dünya ölkələri arasında 11-ci yerdə qərarlaşıb.
Həmçinin məqalədə ölkələrin hərbi xərclərinin Ümumdaxili Məhsulun həcminə olan nisbəti də qeyd olunub. Bu göstəricidə Azərbaycan dünya ölkələri sırasında 6-cı yerdə qərarlaşıb.

Hesablamalara görə, Azərbaycanda hərbi sahəyə ayrılan maddi vəsait Ümumdaxili Məhsulun 5.4%-ni təşkil edib.

İnstitun apardığı  araşdırmanın nəticəsinə görə, ABŞ hərbi xərcləmələrdə yenə də liderliyini qoruyub. Belə ki, 2020-ci ildə ABŞ hökuməti tərəfindən hərbi sahəyə 778 milyard dollar ayrılıb. Bu rəqəm dünya üzrə ümumi müvafiq göstəricinin 39%-i deməkdir.

Siyahıda hərbi sahəyə ayrılan vəsaitlərin həcminə görə Çin ikinci, Hindistan üçüncü, Rusiya isə dördüncü yerdə qərarlaşıb.

Həmçinin qeyd edək ki, hərbi xərcləmələrin Ümumdaxili Məhsulun həcminə nisbətinə görə Oman, artım tempinə görə isə Uqanda ilk sırada qərarlaşıb.

Siyahıda Türkiyədə 2020-ci ildə hərbi xərclərdə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 5% azalma müşahidə olunduğu da qeyd edilib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO