“Azərbaycanın yeganə regional bankı “Naxçıvan Bank” ASC-nin maliyyə balansı yaxşıdır və heç bir maliyyə problemi yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, “Naxçıvan Bank” portfelinin bir hissəsini “Kapital Bank” ASC-yə satıb:
“Bu səhmdarların qərarıdır. Hazırda da səhmdarlar müəyyən məsələləri müzakirə edib qərarlar verəcəklər. Ancaq bankın fəaliyyətində, maliyyə dayanıqlılığında bir problem yoxdur”.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 94 milyon manatdır. Bankın portfelinin “Kapital Bank”a satılmasından öncə 63,66 %-i Hüseyn Məmmədova, 26,52 %-i Rüfət Məmmədova (Müşahidə Şurasının üzvü), 9,82 %-i isə Binnət Novruzova (Müşahidə Şurasının sədri) məxsus idi.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:22 / 01.05.2024
“Naxçıvan Bank”ın maliyyə balansı yaxşıdır, heç bir problem yoxdur” – Taleh Kazımov
Hazırda oxunan: “Naxçıvan Bank”ın maliyyə balansı yaxşıdır, heç bir problem yoxdur” – Taleh Kazımov
Hazırda oxunan: “Naxçıvan Bank”ın maliyyə balansı yaxşıdır, heç bir problem yoxdur” – Taleh Kazımov
189888
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.