Türkiyə qara pomidor istehsalına başladı: Hansı faydaları var? - FOTO

Türkiyə qara pomidor istehsalına başladı: Hansı faydaları var? - FOTO

Hazırda oxunan: Türkiyə qara pomidor istehsalına başladı: Hansı faydaları var? - FOTO

189520

Türkiyədə bir istehsalçı Meksikadakı dostunun təklifi ilə xərçəngin əsas düşməni kimi tanınan qara pomidor yetişdirib.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, Düzcədə yaşayan fermer Murat Yılmaz qara pomidorun xərçəngin əsas düşməni olduğunu və sağlamlığa bir çox faydası olduğunu öyrəndikdən sonra əvvəlcə torpağa 5 ədəd ting əkib. İlk məhsulunu almaq üçün günləri sayan Yılmaz gələn il qara pomidor istehsalını artırmağı və 30 sot sahədə əkməyi düşünür.


Digər bir fermer Ercan Şahin də qara pomidor yetişdirməyə başlayb. “İlk dəfə sınadığım üçün çox şey anlamadım. İnternetdə araşdırma apardıqdan sonra bir çox xəstəliyə, xüsusən də xərçəngə yaxşı təsir etdiyini öyrəndim. Buna görə toxum əkməyi seçdik”, - deyən fermer çalışaraq bu məhsulu yetişdirməyi bacardıqlarını söyləyib. O yaxın gələcəkdə bu istehsalı genişləndirməyi planlaşdırdıqlarını bildirib.


Qeyd edək ki, qara pomidor adətən Aralıq dənizi ölkələrində yetişdirilir. Antioksidant xüsusiyyətləri ilə seçilir. O, həmçinin xora və reflü kimi problemlərlə də mübarizə aparır. Tərkibindəki lif həm də bağırsaqlardakı flora nisbətini qoruyur. Əczaçılıq sənayesində də istifadə edilən qara pomidor qocalmanı gecikdirir, sızanaq və sızanaq kimi problemlərin qarşısını alır.


Vasif
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO