Tarif siyasəti sadələşdiriləcək – Qiymətləri tənzimlənən mal və xidmətlə azaldılacaq

Tarif siyasəti sadələşdiriləcək – Qiymətləri tənzimlənən mal və xidmətlə azaldılacaq

Hazırda oxunan: Tarif siyasəti sadələşdiriləcək – Qiymətləri tənzimlənən mal və xidmətlə azaldılacaq

188813

Azərbaycanda 2026-cı ilə qədər tarif siyasəti sadələşdiriləcək və qiymətləri tənzimlənən mal və xidmətlərin sayı 15-dək azaldılacaq.


Sfera.az xəbər verir ki, hazırda 25 mal və xidmətlərin tariflərini dövlət müəyyənləşdirir.


“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qarşıya qoyulan məqsədlərə uyğun olaraq qarşıdakı 5 il ərzində Tarif (qiymət) Şurası tərəfindən sosial əhəmiyyət kəsb edən mal və xidmətlərin tariflərinin tənzimlənməsinə, həmçinin mal və xidmətlərin siyahısına yenidən baxılacaq. Mərhələli şəkildə qiymətlərin dövlət tənzimlənməsi azaldılacaq.


Qiymətləri tənzimlənən mal və xidmətlərin siyahısı azaldılmaqla bərabər hüquqi hərəkət və xidmətlər üzrə xərcə əsaslanmayan tariflərin dövlət rüsumu və ya xidmət haqları ilə əvəzlənməsi də nəzərdə tutulur.


Vasif
Sfera.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO