Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evləri açılacaq

Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evləri açılacaq

Hazırda oxunan: Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evləri açılacaq

188336

“Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması gözlənilir”.

Bizim.Media xəbər verir ki, bunu Çinin Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao Bakıda keçirilən “Azərbaycan-Çin Münasibətlərin Yenidən Qiymətləndirilməsi: İrəliyə Doğru Yol” mövzusunda konfransdakı çıxışı zamanı bildirib.

O deyib ki, ölkələrimiz arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün çoxsaylı fürsətlər mövcuddur:

“Bu konfrans Asiyada qarşılıqlı fəaliyyət, beynəlxalq ədalətin təminatı və digər məsələlər baxımından çox önəmlidir. Əməkdaşlığımızın genişləndirilməsində rəsmi Pekin və Si Cinpin də çox maraqlıdır. Biz həm “Bir kəmər - Bir yol”, həm də alternativ enerji sahəsində əməkdaşlıq edirik. Ölkələrimiz ikitərəfli ticarəti də stimullaşdırır. 2023-cü ildə qarşılıqlı ticarətin həcmi 43 faiz artıb.
Azərbaycandan bir çox tələbə məhz Çində təhsil almağa üstünlük verir. İki ölkə arasında ticarət sahəsində əməkdaşlıq imkanları genişlənməkdədir. Yaxın zamanlarda Çinin müxtəlif şəhərlərində Azərbaycan ticarət evlərinin açılması gözlənilir”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO