Türkiyədə dincələn rus turistlərin sayı niyə azaldı? - SƏBƏBLƏR

Türkiyədə dincələn rus turistlərin sayı niyə azaldı? - SƏBƏBLƏR

Hazırda oxunan: Türkiyədə dincələn rus turistlərin sayı niyə azaldı? - SƏBƏBLƏR

187916

2022-ci ilin iyununda Türkiyədə tətil edən Rusiya vətəndaşlarının sayı 50 faiz azalıb.


Sfera.az xəbər verir ki, bu barədə məlumat Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) saytında yer alıb.


İyunda Antalyaya Rusiyadan 417,8 min turist gəlib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 52 faiz azdır. Muğla vilayətinə də gələn rus turistlərin sayı azalıb.

 

2022-ci ilin iyununda 2019-cu ilin iyununa nisbətən Muğlaya gələn rus turistlərin sayı 108 min azalaraq 73,9 minə enib. Azalma 59,4 faiz təşkil edib.


Turoperatorların fikrincə, tələbatın azalmasının əsas səbəblərindən biri hava səyahətinin azalması və bununla əlaqədar aviabiletlərin baha olmasıdır.


2019-cu ilin iyul ayında Rusiyanın 50 şəhərindən uçuş olduğu halda, 2021-ci ilin iyulunda uçuşlar təşkil edilən şəhərlərin sayı 25-30-ə düşüb. Hazırda isə 17 şəhərdən uçuş proqramları mövcuddur.


Vasif
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO