Azərbaycanın ticarət etdiyi ölkələrin SİYAHISI 

Azərbaycanın ticarət etdiyi ölkələrin SİYAHISI 

Hazırda oxunan: Azərbaycanın ticarət etdiyi ölkələrin SİYAHISI 

187264

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 138 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 

Dövlət Statistika Komitəsindən (DSK) Bizim.Media-ya verilən məlumata görə, 84 ölkəyə məhsul ixrac olunub, 134 ölkədən idxal olunub. 

Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 6428,2 milyon ABŞ dolları təşkil edib. 

Ticarət dövriyyəsinin 3981,6 milyon dollarını və ya 61,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 2446,6 milyon dollarını (38,1 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib. 

Nəticədə 1535,0 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15,0 faiz, o cümlədən idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb. 

2024-cü ilin yanvar-fevral aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455,0 milyon dollar təşkil edib. 
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,3 faizi İtaliya, 13,6 faizi Türkiyə, 8,2 faizi Rusiya, 7,4 faizi İsrail, 6,7 faizi Çin, 5,5 faizi Hindistan, 3,0 faizi Tailand, 2,4 faizi Almaniya, 1,8 faizi Gürcüstan, 1,7 faizi ABŞ, hər biri 1,5 faiz olmaqla Bolqarıstan, Rumıniya və Portuqaliya, hər biri 1,3 faiz olmaqla Çexiya və Fransa, hər biri 1,2 faiz olmaqla Yunanıstan və Polşa, hər biri 1,1 faiz olmaqla İran və Tunis, 12,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO