Neftin qiyməti 150 dolları ötə bilər – SENSASİON PROQNOZ 

Hazırda oxunan: Neftin qiyməti 150 dolları ötə bilər – SENSASİON PROQNOZ 

187260

İranın İsrailə hücümü dünya birjalarına da təsirsiz ötüşməyib. Beynəlxalq ekspertlər hesab edir ki, ABŞ və İsrailin İrana cavab hücumları olacağı təqdirdə dünya bazarı gündə 1 milyon barelə qədər nefti itkisi ilə üzləşə bilər. 

Yaxın Şərqdə kəskin qarşıdurma baş verərsə, "Brent" markalı neftin bir barelinin qiyməti 150 dollardan yuxarı qalxa bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Neftin qiyməti 100 dollarlıq həddi keçəcək? - İlham Şabanın ŞƏRHİ


Məsələn, Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov "RİA Novosti"yə müsahibəsində bildirib ki, hadisələrin inkişafı üçün iki mümkün ssenarini nəzərdən keçirilir:

“Daha yumşaq olanı yalnız İran neftinin itkisini nəzərdə tutur ki, bu da qiymətləri bir barel üçün 120 dollara çatdıra bilər. Daha çətin vəziyyətdə İran dünya neftinin təxminən 20%-nin keçdiyi Hörmüz boğazını bağlaya bilər ki, bu da bazara ciddi təzyiq göstərəcək və qiymətlərin daha da böyük sıçrayışına səbəb olacaq”.

“Münaqişə böyüsə…”

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, İranın İsrailə hücumu üçün seçilmiş vaxt onu göstərir ki, hər şey qabaqcadan planlaşdırılıb:

“Təsadüfi deyil ki, hücum şənbədən bazara keçən günü baş verdi. Səbəbsə o idi ki, bu əməliyyat birjalara təsirsiz olsun. Təsadüfi deyil ki, bu gün səhər saatlarında birjalar açılanda da qiymətlərdə sabitlik gördük. Əksinə bu gün neftin qiyməti birjalarda 1 dollara qədər ucuzlaşıb. 

Fakt odur ki, neftin qiymətində enmələr var. Ona görə də indiki halda neftin qiymətində sıçrayış gözlənilmir. Amma münaqişə böyüsə və böyük müharibə başlasa, onda neftin qiyməti 150 dollardan da baha qiymətə satıla bilər”.

Natiq Cəfərli neftin qiymətində kəskin artımın olacağına inanmır:

“Neftin qiyməti daha çox ABŞ-ın maraqlarından asılıdır. Neft bahalaşanda ABŞ-da benzin də bahalaşacaq. Nəzərə alaq ki, 6 aydan sonra bu ölkədə prezident seçkiləri keçiriləcək. Bu baxımdan benzinin qiymətinin artması demokratların seçkidə qələbə şansını daha da azalda bilər. Ona görə də düşünmürəm ki, eskalasiya davam edər və neft də bundan asılı olaraq bahalaşar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO