Payızda istilik qiymətləri BAHALAŞACAQ? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Payızda istilik qiymətləri BAHALAŞACAQ? – RƏSMİ AÇIQLAMA 

187259

Son günlərdə sentyabr ayından “Azəristiliktəchizat”ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün “Azəristiliktəchizat” ASC ilə əlaqə saxladıq. 

Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.Media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar müqavilələr üzrə həyata keçiriləcək:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda istilik xidmətinə görə hesablaşma qaydası müəyyən EDİLDİ 


“Nəzərə alaq ki, 1 sentyabr 2024-cü il tarixədək qeyri-əhaliyə bir kubmetr istilik xidməti 25 qəpiyə satılır. Bu tarixdən sonra qeyri-əhali qrupu üzrə istehlakçılarla xidmətlərin qiyməti “Azəristiliktəchizat” ASC tərəfindən müəyyən ediləcək. 

Bildiyiniz kimi, qeyri-əhali istehlakçı qrupu üzrə istilik təchizatı xidmətlərinə görə  qiymətlər dövlət tərəfindən tənzimlənir.

Ona görə də Nazirlər Kabineti tərəfindən 5 aprel 2024-cü il tarixində “Qiymətləri, tarifləri dövlət tərəfindən tənzimlənən malların, işlərin və xidmətlərin siyahısının təsdiq edilməsi haqqında” 2005-ci ilin 28 sentyabr tarixli 178 saylı və “İstilik enerjisində istifadə qaydaları haqqında” 2023-cü ilin 5 sentyabr tarixli 303 saylı qərarlarında dəyişikliklər edilməsi haqqında qərar qəbul edilib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO