Qəzzaya müharibə başlayandan dəyən ziyanın məbləği AÇIQLANDI

Hazırda oxunan: Qəzzaya müharibə başlayandan dəyən ziyanın məbləği AÇIQLANDI

185391

2023-cü ilin oktyabrından cari ilin yanvarına  qədər Qəzza zolağının infrastrukturuna 18,5 milyard dollar dəyərində ziyan dəyib.

Bizim.Media xəbər verir ki, bu barədə BMT və Dünya Bankının birgə hesabatında məlumat verilib.

Məlumata görə, dörd ay ərzində dəymiş ziyan Fələstinin 2022-ci il üçün ÜDM-nin 97 %-nə bərabərdir.

Hesabata əsasən daha çox bölgənin yaşayış məntəqələrinə (ümumi məbləğin 72 %-i) ziyan dəyib.

Dağıntılar ən çox Qəzzanın şimalında və Xan Yunis əyalətində qeydə alınıb. Müharibə nəticəsində Qəzza iqtisadiyyatı da ziyan çəkib. Belə ki, əhalinin 74 %-i işsizdir.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib.  
Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO