Əmlak ekspertləri bildirirlər ki, tikinti şirkətlərinin təmir etdikləri mənzillər əksər hallarda keyfiyyətsiz olurlar.
Bizim.Media xəbər verir ki, mövzunu əmlak eksperti Nüsrət İbrahimov davam etdirib.
Onun sözlərinə görə, bır sıra şirkətlər təmirə qənaət məqsədilə bəzən keyfiyyətsiz materiallardan və peşəkar olmayan usta əməyindən istifadə edirlər:
“Bu da sonda təmirin keyfiyyətsizliyinə dəlalət edir”.
Bəs vətəndaş mənzil-tikinti kooperativindən təmirli ev almaq qərarına gəlibsə, nəyə fikir verməlidir?
Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, təmirli binadan mənzil alarkən və həmin evə baxış keçirərkən peşəkar ustalara müraciət edilməlidir.
Daha ətraflı Baku TV-nin süjetində:
Bizim.Media