Fransa Rusiyadan qaz idxalını dayandırdı

Fransa Rusiyadan qaz idxalını dayandırdı

Hazırda oxunan: Fransa Rusiyadan qaz idxalını dayandırdı

184951

Fransa boru kəmərləri vasitəsilə Rusiyadan qaz alışını dayandırıb.

 

Sfera.az xəbər verir ki, bu haqda “Reuters” Fransanın  qaz nəqlini həyata keçirən GRTGaz şirkətinə istinadən məlumat yayıb. Məlumatda qeyd edilir ki, Almaniyadan Fransaya ötürülən qazın nəqli dayandırılıb.

 

Rusiya mediasının məlumatına görə, nəqlin dayanması sanksiyalar səbəbindən texniki problemlərin yaranmasıdır. Belə ki, iyunun əvvəlində “Qazprom” Portovaya kompressor stansiyasında daha bir “Siemens” qaz turbininin işini dayandırmaq qərarına gəlib. Bundan əvvəl şirkət “Siemens”dən başqa qaz nasos aqreqatlarını təmirdən almaq mümkün olmadığına görə, gündə 167 milyon kubmetr olan “Şimal axını” qaz kəmərinə planlaşdırılan həcmdə tədarük edə bilməyəcəyini açıqlamışdı.

 

Rusiyadan qaz nəqlinin azalmasından 3 Avropa ölkəsi də şikayət edir. İtaliyanın “Eni” şirkəti müqavilədə nəzərdə tutulan həcmdən 15 faiz, Almaniyanın “Uniper” şirkəti isə 25 faiz az məhsul əldə etdiyini bildirmişdi. Avstriyanın OMV şirkəti də Rusiyadan gələn qazın həcmini azaltdığını açıqlayıb.

 

Vasif

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO