Deputat: “Jurnalist var, 20 ildir eyni saytda işləyir və ipoteka krediti ala bilmir”  

Deputat: “Jurnalist var, 20 ildir eyni saytda işləyir və ipoteka krediti ala bilmir”  

Hazırda oxunan: Deputat: “Jurnalist var, 20 ildir eyni saytda işləyir və ipoteka krediti ala bilmir”  

184724

“İpotekanın verilməsi şərtləri yüngülləşməlidir. Dövlət istəyir ki, hər bir vətəndaşı yaxşı yaşasın”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. 

O bildirib ki, ipoteka kreditindən daha çox dövlət qulluğunda çalışanlar geniş şəkildə istifadə edə bilirlər: 

"Digər şəxslərin bu ipoteka kreditindən bəhrələnməyi çətindir. Götürək bənna, zərgər, bərbər, çilingər və başqalarını. Heç biri ipoteka götürə bilmir. Bunlar vergi ödəyicisidir. Araşdırma göstərir ki, cəmi 3 jurnalist ipoteka krediti ala bilib. 

Bizdə nə qədər sayt, sayt rəhbəri var. Qeydiyyatdan keçmiş, əməkhaqqı yüksək jurnalistlər var. İpoteka götürmək istəyəndə isə onlara elə münasibət göstərirlər ki, sanki bu işləri müvəqqətidir. 
Jurnalist var 20 ildir eyni saytda işləyir və bu günə qədər ipoteka krediti ala bilmir. Bundan əlavə, kənddə verilən ipoteka ilə şəhərdə verilən ipoteka arasında fərq olmalıdır. Gənc ailə, müəllim kənddə ev alıb yaşaya bilməlidir”, - deyə o qeyd edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO