Köhnə binalardakı mənzillərə tələbat niyə AZALIB? – Ekspertdən AÇIQLAMA   

Köhnə binalardakı mənzillərə tələbat niyə AZALIB? – Ekspertdən AÇIQLAMA   

Hazırda oxunan: Köhnə binalardakı mənzillərə tələbat niyə AZALIB? – Ekspertdən AÇIQLAMA   

184714

“Bina mənzillərinə hər zaman tələbat olsa da, mart ayında qiymətlərində elə də ciddi dəyişiklik baş verməyib. Bu da bazarda təklifin ciddi şəkildə azalması ilə bağlıdır”.  

Bu sözləri Bizim.Media-ya açıqlayan daşınmaz əmlak sektoru üzrə ekspert Ramil Qasımzadə bəzi köhnə bina evlərinə də tələbatın azaldığını bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Mənzil bazarında SON DURUM – “Bu evlərə kirayəçi tapılmır”


“Bunlar da əsasən keçmiş Sovetlər dövründə tikilmiş Kiyev və Leninqrad layihəli binalardır. Onlarda qiymətlər bir qədər ucuz olsa da, normal mənzil tapmaq çətindir. Yeni tikili binalarda isə qiymətlər yüksək olmasına baxmayaraq, ipoteka predmetinə çevrilib və buna görə də bu evlərə üz tutanların sayında artım baş verib”. 

Onun sözlərinə görə, köhnə mənzillərdə güzəştli kreditlərlə qiymət 100 min manata, adi ipotekada isə 150 min manata qədər dəyişir:

“Yeni mənzilin isə 1 kv.m-nin orta dəyəri 2000 – 2500 manat arasında dəyişir. Əgər bir vətəndaş 100 kv.m-lik mənzil alırsa, bu ona 200-250 min manata başa gələcək”. 

Müsahibimiz vurğulayıb ki, bununla belə bəzi metrostansiyalara yaxın ərazilərdə yerləşən köhnə binalarda qiymətlər xeyli yüksəkdir:

“Məsələn, Nərimanov metrostansiyası yaxınlığında köhnə mənzillərin 1 kv.m-nin qiyməti yeni mənzildən yüksəkdir. Belə ki, 1 otaqlı “Xruşovka” layihəli mənzil 100-110 min manata təklif  olunur. 1 Kv.m-lə götürdükdə qiymət 3000-3300 manat aralığında dəyişir. Həmin ərazidəki yeni mənzillərdə isə 1 kv.m-in qiyməti 2000-2500 manat arasındadır. Ancaq onların sahəsi daha böyükdür və 100 kv.m-ə qədər olur. 100-110 min manatlıq mənzillər satışda bir qədər çox qalsa da, tələblə əlaqədar alınır, yəni 3-6 aylıq dövrdən sonra realizasiya olunur”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO