“Türkiyədə və Azərbaycanda bələdiyyələr tamamilə başqa sistemlərdir. Türkiyədə bələdiyyələr bina tikintisinə icazə verir, oradan 10 faiz vergi götürür. Həmin vəsaitlərlə də sosial fəaliyyətləri icra edirlər. Ölkəmizdə isə belə deyil”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmkarlarına cavab olaraq bildirib.
“Ölkəmizdə vətəndaşların 60 faizi bələdiyyə vergilərini ödəmir. Soruşun burada əyləşən deputatlar sonuncu dəfə nə zaman bələdiyyəyə vergi veriblər?! Dövlət büdcəsindən verilən vəsaitlə bələdiyyəyə o səlahiyyət verilmir ki, həmin puldan istədikləri kimi istifadə etsinlər. Digər tərəfdən, ölkəmizdə 1606 bələdiyyə var, 16 mindən artıq şəxs bələdiyyə üzvü seçilib. Bunların hamısının ayrı-ayrılıqda maliyyələşməsi qeyri-mümkündür”.
Qeyd edək ki, daha əvvəl çıxış edən deputat Fazil Mustafa çıxışı zamanı bələdiyyələrin vəsaitlərinin az olmasına diqqət çəkib. O, Türkiyə təcrübəsini örnək gətirərək, bələdiyyələrin fəaliyyəti ilə bağlı dəyişikliklərin edilməsinin vacib olduğunu qeyd etmişdi.
Digər deputat Qüdrət Həsənquliyev də bələdiyyələrin bölgüsü və maliyyə vəsaitləri ilə bağlı bir sıra problemləri çıxışı zamanı diqqətə çatdırmışdı. Millət vəkili əhali sayının yalnız 3 min nəfərdən çox olduğu yaşayış məntəqələrində bələdiyyələrin yaradılmasını doğru hesab etmədiyini bildirmişdi.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
12:11 / 29.03.2024
Siyavuş Novruzovdan həmkarlarına CAVAB – “Deputatlar özləri nə vaxt bələdiyyəyə vergi veriblər?!”
Hazırda oxunan: Siyavuş Novruzovdan həmkarlarına CAVAB – “Deputatlar özləri nə vaxt bələdiyyəyə vergi veriblər?!”
Hazırda oxunan: Siyavuş Novruzovdan həmkarlarına CAVAB – “Deputatlar özləri nə vaxt bələdiyyəyə vergi veriblər?!”
184701
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.