Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO  

Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO  

Hazırda oxunan: Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO  

184679

Əhali qeyri-ərzaq məhsullarına daha çox pul xərcləməyə başlayıb. 

Bizim.Media xəbər verir ki, rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrünə nisbətən pərakəndə ticarət dövriyyəsi ərzaq məhsulları üzrə 2,5 faiz artsa da, qeyri-ərzaq malları üzrə 5,2 faiz çoxalıb.

Kompüterlər, telekommunikasiya avadanlıqlarının alınmasına çəkilən xərclər 32 faiz, yanacağa xərclənən pul isə 10 faiz artıb. İçkilər və tütün məmulatları üçün isə 2,2 faiz daha az vəsait sərf olunub.

Nəticədə əhalinin xərclərində ərzaq, içki və tütün məhsullarının payı azalıb. Maraqlıdır, qeyri-ərzaq məhsulları üzrə xərclərin daha çox artmasına səbəb nədir? 
 
İqtisadçı Rəşad Həsənov deyib ki, əhalinin içki və tütün məmulatlarının alışını azaltması onların bahalaşması ilə bağlıdır: 

“İnflyasiya səviyyəsi nisbətən zəifləyib və ərzaq məhsullarında bu, daha kəskin şəkildə özünü göstərir. Belə bir şəraitdə əhalinin qeyri-ərzaq məhsullarına ayıracağı vəsaitin həcmi artır, imkanlar nisbətən genişlənir. İkincisi, ölkədən quru sərhədləri ilə səyahət edənlərin sayının kəskin azalması daxili bazarda telekommunikasiya, elektron avadanlıqlara tələbi artırır”. 
Yanacaq xərclərinin çoxalması isə daxili turistik səfərlərin artması ilə əlaqələndirilir. Ekspert bildirib ki, bu sahələrdə dövriyyələrin leqallaşdırılması statistik göstəricilərə təsirsiz ötüşmür. 

Ətraflı Baku TV-nin süjetində: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO