Mərkəzi Bankdan MÜHÜM QƏRAR – Kredit faizləri AZALACAQ? 

Mərkəzi Bankdan MÜHÜM QƏRAR – Kredit faizləri AZALACAQ? 

Hazırda oxunan: Mərkəzi Bankdan MÜHÜM QƏRAR – Kredit faizləri AZALACAQ? 

184557

Məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirdi. Faiz dəhlizinin aşağı həddini isə 6.25% səviyyəsində dəyişməz olaraq saxladı.

Faiz bəndinin aşağı salınması ölkənin maliyyə siyasətinə və manatın dəyərliliyinə, xarici valyutalar qarşısındakı dayanıqlılığına necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-nın suallarını cavablandıran Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov bildirib ki, uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır:

“2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0.5 faizlik azalmaya getdi”.

Onun sözlərinə görə, son qərarda iki mühüm məsələ diqqəti çəkir:

“Bunlar, faiz dəhlizinin aşağı həddinin dəyişdirilməməsi, eyni zamanda depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsidir. Mərkəzi Bank faiz dəhlizinin aşağı həddinin dəyişdirməməklə, əslində öz notlarının optimal gəlirliyini qoruyub saxlamağa çalışır.

Dünən də həmin notların son faiz dərəcəsi üzrə cüzi olsa da artım qeydə alınıb. Bununla da, AMB qiymətli kağızlar bazarındakı mövqeyini gücləndirməyə və sektor iştirakçılarından daha çox vəsait cəlb etməyə çalışır. Bu ondan xəbər verir ki, hələlik öz notlarının son faiz dərəcələri üzrə kəskin azalmalara getməyi hədəfləmir”.

“Uçot dərəcəsinin kredit faizlərinə ciddi təsiri yoxdur”

Bu qərardan sonra kredit faizlərinin aşağı düşməsinin mümkünlüyünə gəldikdə isə deputat düşünür ki, hələlik uçot dərəcəsinin bu faizlərə ciddi təsiri yoxdur:

“Etiraf etmək lazımdır ki, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Amma adətən digər ölkələrdə Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. AMB-nın son dövrlər uçot faiz dərəcəsinin azaltmasına rəğmən, depozit faizlərində artım müşahidə olunmaqdadır”.

Müsahibimiz qeyd edib ki, əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir:

“Depozit faizlərindəki artımlara “Bloomberg” platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşmədi. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsilə cəlb edə bildi və bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənardakı nağd pulların həcmi də kifayət qədər böyükdür”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO