Türkiyə və Rusiya razılaşıb: Ukrayna taxılı Qara dəniz vasitəsilə daşınacaq

Türkiyə və Rusiya razılaşıb: Ukrayna taxılı Qara dəniz vasitəsilə daşınacaq

Hazırda oxunan: Türkiyə və Rusiya razılaşıb: Ukrayna taxılı Qara dəniz vasitəsilə daşınacaq

183694

Rusiyanın “İzvestiya” qəzetinin verdiyi məlumata görə, Rusiya və Türkiyə taxıl yüklü gəmilərin Ukraynanın liman şəhəri Odessadan yola salınması üçün müvəqqəti plan barədə razılığa gəliblər.

 

Sfera.az xəbər verir ki, plana görə, Türkiyə Silahlı Qüvvələri Odessanın sahil bölgəsində minaların təmizlənməsinə cavabdeh olacaq. Taxıl yüklü gəmiləri Odessadan Qara dənizdəki neytral sulara qədər türk gəmiləri, buradan isə Boğaza qədər Rusiya hərbi gəmiləri müşayiət edəcək.

 

Yol xəritəsinin Rusiya xarici işlər naziri Sergey Lavrovun 8-9 iyun tarixlərində Türkiyəyə səfəri zamanı müzakirə olunacağı gözlənilir.

 

Kremlin sözçüsü Dmitri Peskov Lavrovun Ankaraya səfəri zamanı taxıl məsələsinin də müzakirə olunacağını təsdiqləyib.

 

Qeyd edək ki, əgər belə bir razılaşma rəsmiləşərsə, dünyada taxılla, xüsusən də buğda ilə təminatda çətinlik xeyli azalacaq. Çünki 2021-ci ilin məlumatına görə Ukrayna dünyada ən çox buğda ixrac edən 5-ci ölkədir. İl ərzində Ukraynanın 17 milyon ton buğda ixrac etmək imkanı var. Hazırda isə Ukraynada ixrac üçün 20 milyon ton buğdanın olduğu bildirilir.

 

Vasif

Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO