Azərbaycan meyvə-tərəvəz idxalı və ixracını artırıb

Azərbaycan meyvə-tərəvəz idxalı və ixracını artırıb

Hazırda oxunan: Azərbaycan meyvə-tərəvəz idxalı və ixracını artırıb

183496

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 91 min 519 ton meyvə-tərəvəz idxal edib.

Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu həcmdə meyvə-tərəvəzin dəyəri 63 milyon 144 min ABŞ dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 20 min 647 ton (29 %), dəyər baxımından isə 16 milyon 225 min ABŞ dollar (34,5 %) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,8 %-ni təşkil edib.

2 ay ərzində Azərbaycan həm də 87 min 71 ton meyvə-tərəvəz ixrac edib. Bu həcmdə ixracın dəyəri 99 milyon 481 min ABŞ dolları olub.

Bunlar, 1 il əvvələ nisbətən həcm baxımından 19 min 053 ton (28 %), dəyər baxımında isə 19 milyon 630 min ABŞ dolları (24,5 %) çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracından əldə edilən gəlirlər Azərbaycanın ümumi ixrac gəlirlərinin 2,1 %-ni təşkil edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO