Azərbaycanda elektrik enerjisinin istehsalı 4,6 milyon kVt.saatı ÖTDÜ - HESABAT

Azərbaycanda elektrik enerjisinin istehsalı 4,6 milyon kVt.saatı ÖTDÜ - HESABAT

Hazırda oxunan: Azərbaycanda elektrik enerjisinin istehsalı 4,6 milyon kVt.saatı ÖTDÜ - HESABAT

183322

Bu ilin yanvar-fevral aylarında respublikada elektrik enerjisinin istehsalı 4 686,4 mln. kVt·st olub.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyinin hesabatında əks olunub.

İki ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 4 316,2 mln. kVt·st, SES-lərdə keçən ilin müvafiq dövrünə nisbətən 146,7 mln. kVt·st artımla 268,3 mln. kVt·st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,4 mln. kVt·st artımla 101,9 mln. kVt·st. təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 9,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 50,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 41,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4 186,0 mln. kVt·st (İES-lərdə 3 928,1 mln. kVt·st, SES-lərdə 257,9 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 59,8 mln. kVt·st (İES-lərdə 44,5 mln. kVt·st, SES-lərdə 8,1 mln. kVt·st, Günəş ES-də 7,2 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 434,6 mln. kVt·st təşkil edib.

İki ay ərzində elektrik enerjisinin idxalı 32,5 mln. kVt·st, ixracı isə 221,6 mln. kVt·st olub.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 273,5 mln. kVt·st olub. Bu ayda elektrik enerjisinin idxalı 13,5 mln. kVt·st, ixracı isə 106,7 mln. kVt·st təşkil edib.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO