Baş nazir: “Azərbaycanda 2024-25-ci illərdə 2.5% orta iqtisadi artım gözlənilir”

Baş nazir: “Azərbaycanda 2024-25-ci illərdə 2.5% orta iqtisadi artım gözlənilir”

Hazırda oxunan: Baş nazir: “Azərbaycanda 2024-25-ci illərdə 2.5% orta iqtisadi artım gözlənilir”

182793

“Quru sərhədlərin bağlanması ilə ÜDM-in səviyyəsini əlaqələndirilməsinə dair faktlar göstərir ki, onlar arasında birbaşa əlaqə yoxdur. “Məsələn, quru sərhədlər 2020-ci ilin 1-ci rübündə bağlanıb. Amma 2021-ci ildə ÜDM-in artımı 5.6%, 2022-ci ildə isə 4.6 % olub. Azərbaycanda 2023-cü ildə ÜDM-in artımının 1.1% olması ilə bağlı deyə bilərəm ki, BVF-nin qiymətləndirməsinə görə 2023-cü ildə avrozonada ÜDM-in artımı 0.5-0.6%-dir. 2023-cü ildə inkişaf etmiş ölkələr üzrə artım tempi 1.6% olub”. 

Bizim.Media xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında hökumətin hesabatı zamanı deputatların suallarını cavablandırarkən bildirib.

Baş nazir qeyd edib ki, Dünya Bankının proqnozuna görə Azərbaycanda 2024-25-ci illərdə 2.5% orta iqtisadi artım gözlənilir: 

“BMT isə 2.6-2.8% proqnozlaşdırır. Dünya üzrə isə 2024-25-ci illərdə orta artım proqnozu 2.6%-dir. Avrozona üzrə isə bu göstərici 1.2%-dir. Göründüyü kimi Azərbaycan dünya üzrə orta tempdən geri qalmır. Hazırda neft hasilatının enmə dövrünün sabitləşdirilməsi üzərində iş gedir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO