Hansı banka əmanət yatırmaq daha sərfəlidir? – ARAŞDIRMA 

Hansı banka əmanət yatırmaq daha sərfəlidir? – ARAŞDIRMA 

Hazırda oxunan: Hansı banka əmanət yatırmaq daha sərfəlidir? – ARAŞDIRMA 

182756

Banklarla bağlı vətəndaşları maraqlandıran əsas məqamlardan biri də əmanətlər üçün təklif olunan faiz dərəcələridir. Belə ki, hər kəs daha yüksək faizlə əmanətlərini sığortalamaq istəyir.

Bəs, hazırda hansı banka əmanət yatırmaq daha sərfəlidir?

Bizim.Media-nın mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Bank BTB

Mart ayında öz müştərilərinə iki əmanət növü təqdim edir ki, bunlar da “Proqressiv” və “Müddətli” əmanət məhsullarıdır. 

"Proqressiv Əmanət" məhsulunda əmanətin minimum məbləği 100 manatdan başlayır, müddəti isə 6-12 ay arasında dəyişir. Müddətin 3/4 hissəsinədək məbləğin artırılmasına icazə verilsə də, azaldılması heç bir halda mümkün deyil. Aylıq və ya müddətin sonunda da faizlərin alınması baş verir.  

Qeyd edək ki, bankın əmanət qoyulmuş xidmət nöqtəsində məbləği 50 manata qədər artırmaq olur. 

Əmanətin kredit faiz xətti üzrə illik dərəcəsi 5 faizdən yüksəkdir. Faizlərin hesablanmasında güzəşt müddəti (grace period) yoxdur və nağdlaşdırma zamanı komissiya haqqı tutulmur. Əgər 2 aylıq əmanətlərdə vəsait müddətin 3/4 hissəsinədək ( 9 ayadək ) çıxarılarsa, heç bir faiz hesablanmır.  

“Müddətli Əmanət” məhsulunda da minimum məbləğ 100 manatdır. Amma müddəti 6-24 ay arasında dəyişir. Aylıq və ya müddətin sonunda faizlərin alınması mümkündür. Məbləğin artırılmasına və ya azaldılmasına isə icazə verilmir.

Bank of Baku

İki əmanət növünü müştərilərinə təklif edir. Bunlar “Manat” və və “Dinamik” əmanət növləridir.
“Manat” əmanəti minimum məbləği 500 AZN-dən başlayır və maksimum məbləği üçün məhdudiyyət yoxdur. Müddəti 6 aya, illik dərəcəsi də 7 faizə qədərdir. Əmanətin azaldılmasına icazə verilsə də, artırılması mümkün deyil. Azaldılan məbləğ minimum 500 manatdır. Vaxtından əvvəl çıxarılan əmanətlər və ya əmanətin azaldılan hissəsi üçün faizlər ödənilmir.

“Dinamik” əmanətdə minimum məbləğ 100 manatdır, maksimum məbləğ üçünsə heç bir məhdudiyyət yoxdur. Əmanətin müddəti 1-36 ay arasında dəyişir. 

Əmanətin artırılması şərtləri aşağıdakı kimidir:

Azərbaycan valyutasında cəlb edilən və prolonqasiya edilən əmanət məbləği əmanət müddətinin yarısınadək (o cümlədən, əmanət prolonqasiya olunduğu halda, prolonqasiya müddətinin yarısınadək) istənilən məbləğdə artırıla bilər. Faizlər ya aylıq, ya da müddətin sonunda ödənilir. Məbləğin azaldılmasına icazə verilir. 

Naxçıvan Bank

Bu bank da öz müştərilərinə iki əmanət növü təklif edir. Bunlar “Tələbli” və “Müddətli” əmanətlərdir.

Əmanətin minimum həddi 500 manatdır və illik 1 faizlə hesablanır. 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz müəyyən edilib.

“Müddətli” əmanətin minimum məbləği 500 manatdır. Müddəti 12-36 ay, illik dərəcəsi isə 9.50-9.75 faiz arasında dəyişir. Əmanətlər ayın sonunda götürülərsə, 9.5 faiz, ilin sonunda götürülərsə, 10 faiz olacaq. 

Ekspress Bank

Öz müştərilərinə 4 əmanət növü təklif edir. Bunlar “Klassik”, “Mücrü”, “Əlavə fürsət” və “Bank seyfləri” əmanətləridir. 

“Klassik əmanət”in minimum məbləği 500 manat, illik dərəcəsi maksimum 11.5 faizdir. Müddəti 6-36 ay, illik dərəcəsi isə 7-11,5 faiz arasında dəyişir. 

“Mücrü əmanət”də minimum məbləğ 300 manat, illik faiz dərəcəsi maksimum 10 faizdir. Bank öz müştərisinə istənilən zaman əmanəti artırmaq imkanı tanıyır. Faizlərin ödənilməsi müddətə görə dəyişir. Əgər əmanət 12 ayın sonunda götürülərsə ödəniş 9 faiz, 18 ayın sonunda olarsa 9.5 faiz olacaq. Yaxud, müştəri əmanətini 24 ayın tamamında götürmək istəyərsə, bu, 10 faizə yüksələcək. 

“Əlavə fürsət”də minimal məbləğ 500 manat, illik faiz dərəcəsi maksimum 9 faizdir. Əvvəlcədən faizlərin ödənilməsi mümkündür. Bank öz müştərilərinə əmanət əsasında kredit əldə etmək imkanını da tanıyır. 12-24 ay ərzində ödənişlər 9 faiz həcmində həyata keçirilir. 

“Bank seyfləri” adlanan əmanət növündə qızıl-zinət əşyaları, xüsusi əhəmiyyətli sənədlər, pul və digər dəyərli əşyaları saxlamaq mümkündür.  

Rabitə Bank

Bu bank da öz müştərilərinə yalnız biznes əmanəti təklif edir. Bu əmanətin minimal məbləği 200 manatdan başlayır və maksimal məbləği 1 milyon manata, müddəti 6 aydan 24 aya, illik dərəcəsi də 3 faizdən 6 faizə qədərdir. Faizlərin ödənişi yalnız müddətin sonunda həyata keçirilir. 

Müqaviləyə vaxtından əvvəl xitam verildikdə faizləri müqavilənin imzalanma tarixindən, əmanətin vaxtından əvvəl məxarici tarixinədək keçən günlərin sayına əsasən hesablanır.

Yelo Bank 

Öz müştərilərini “Yelo sabit”ə və “Yelo yığım”a əmanət yatırmağı təklif edir. “Yelo sabit”də minimum məbləğ 100 manatdır, müddəti 12-24 ay, illik dərəcəsi isə 9-9.5 faiz arasında dəyişir. Faizlərin ödənişi iki formada, yəni aylıq və ya müddətin sonunda həyata keçirilir. Müddəti isə avtomatik şəkildə uzatmaq mümkündür. 

“Yelo yığım”ın da minimum məbləği 100 manatdır. Maksimum məbləği isə 300 000 manata qədərdir. Müddəti 12-18 ay, illik dərəcəsi isə 8-8.5 faiz arasında dəyişir. Əmanətə son 3 aya qədər 50 manat əlavə etmək mümkündür. Faizlər aylıq və ya müddətin sonunda ödənilir. Müddəti isə avtomatik şəkildə uzatmaq olur.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO