“Yerüstü su ehtiyatlarımızın 25-30 faizi Qarabağdadır” – Agentlik rəsmisi

“Yerüstü su ehtiyatlarımızın 25-30 faizi Qarabağdadır” – Agentlik rəsmisi

Hazırda oxunan: “Yerüstü su ehtiyatlarımızın 25-30 faizi Qarabağdadır” – Agentlik rəsmisi

182212

“Yerüstü su ehtiyatlarımızın təxminən 25-30 faizi Qarabağ ərazisindədir”. 

Bizim.Media xəbər verir ki, bunu jurlaistlərə açıqqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov bildirib.

Onun sözlərinə görə işğal dövründə hidrotexniki qurğularımız vandallığa məruz qalıb:

“İndi onları bir-bir təmir edirik. Ağdamdakı Xaçınçay, Tərtərdəki Suqovuşan və Füzulidəki Köndələnçay su anbarının təmir-bərpa işləri tamamlanıb. Növbəti dövrdə Ağdərədəki Sərsəng su anbarının təmir-bərpa işlərinə başlanacaq. Bundan əlavə 4 fərqli layihələrimiz var.
Qarabağdakı bol sulu çaylarımızın sularını istifadə edərək yeni su anbarları inşa ediləcək. Beləliklə Qarabağ suyunun həm Qarabağda, həm də Aran zonasında istifadəsinə nail olacağıq”. 

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO