Ən yüksək pensiya Bakı sakinlərinə verilir

Ən yüksək pensiya Bakı sakinlərinə verilir

Hazırda oxunan: Ən yüksək pensiya Bakı sakinlərinə verilir

181820

Dövlət Statistika Komitəsi şəhər və rayonlar üzrə pensiyaların orta məbləğini açıqlayıb.

Sfera.az həmin məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin aprelin 1-nə olan məlumata əsasən ölkəmizdə orta pensiya məbləği 364,35 manatdır.

Azərbaycanda ən yüksək pensiyanı Bakı sakinləri alır. Bakıda orta pensiya məbləği 483,87 manat olub. Paytaxt sakinlərindən 395 622 nəfər pensiya alır.

Naxçıvan Muxtar Respublikasında orta pensiya məbləği 334,27 manat, Sumqayıtda 316,88 manat, Gəncədə 312,5 manat təşkil edib.

Pensiya məbləği nisbətən yüksək olan digər şəhər və rayonlar arasında Zəngilan rayonunu (345 manat), Şuşa rayonunu (325 manat), Siyəzən rayonunun (317,5 manat) adınə çəkmək olar.

Digər rayon və şəhərlərdə orta pensiya məbləği 285-310 manat aralığında dəyişir. Daha çox rast gəlinən məbləğ 300 manatdır.

Məlumatlardan aydın olur ki, ölkəmizdə orta pensiya məbləğinin 364 manat olması əsasən paytaxtda verilən yüksək pensiya ilə bağlıdır.



Vasif
Sfera.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO