Qızılın qiyməti daha da bahalaşacaq? – AÇIQLAMA 

Qızılın qiyməti daha da bahalaşacaq? – AÇIQLAMA 

Hazırda oxunan: Qızılın qiyməti daha da bahalaşacaq? – AÇIQLAMA 

181688

Azərbaycan Mərkəzi Bankının açıqladığı son rəsmi məzənnəyə əsasən qızılın bir troy unsiyası 3 666.9 manat təşkil edib. Bu da martın əvvəlindən bu tərəfə qızılın bir unsiyasının 189.63 manat və ya 5.45% bahalaşması deməkdir.

Bahalaşma nə ilə bağlıdır?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Rəşad Hüseyn, daxili bazarda baş verən bahalaşmanın bir neçə xarici amillə bağlı olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il Azərbaycanda qızıl və gümüş istehsalı AZALIB


Ukraynada davam edən müharibənin dünyada qütbləşməyə səbəb olduğunu söyləyən ekspertin sözlərinə görə, müharibə ilə əladəqar Rusiyaya qarşı tətbiq edilən sankiyaların sayı gün keçdikcə daha da artıb:

“Digər tərəfdən isə Rusiya düşdüyü vəziyyətdən çıxmaq üçün Çinlə ticarət və iqtisadi əlaqələrini daha da gücləndirib. Ötən il iki ölkə arasındakı ticarət əlaqaləri müharibənin yeni başladığı 2021-ci illə müqayisədə bir neçə dəfə artsa da, ümumi dəyər bir neçə dəfə azalıb ki, bu da dollarla nisbətdə baş verib. 

Hazırki durumdan belə aydın olur ki, böyük bir bazara malik olan Rusiyanın dollarla ticarət əməliyyatları yox dərəcəsindədir. İş orasındadır ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar səbəbindən dünya bazarında da dollara olan inam və etibar azalmağa başlayıb. Çünki milyonlarla, milyardlarla sərvət sahibləri öz ehtiyatlarını dollarda deyil, qızılda saxlamağa üstünlük verirlər”. 

Digər səbəbi də açıqlayan R.Hüseyn bildirib ki, bazarda təklif olunan qızılın miqdarı aşağı düşür:

“Tələb isə kifayət qədər çoxdur. Bu da qiyməti formalaşdıran əsas amildir. Dünyanın siyasi arenasında və iqtisadi bazarlarda baş verən bütün hadisələr qızılın dəyərini artırıb. Əgər qütbləşmə dərinləşərsə və münasibətlər daha da pisləşərsə, yaxın gələcəkdə qızıla olan tələb daha da artacaq. Bu da qızılın qiymətlərinin artımına səbəb olacaq”. 

Qızıl qiymətləri necə dəyişəcək?

Ekspert əvvəlcə ölkəmizdə də qızılın istehsal olunduğunu xatırladıb:

“İstehsalıçı şirkətlər də bu bahalaşmadan istifadə edərək, ixracatı artıra və ölkəyə daha çox valyuta gətirə bilərlər. Gömrük statistikasına nəzər salsaq, istehsala və ixraca baxmayaraq, qızıl və qızıl məhsullarının idxal həcmi də getdikcə artır. Bu baxımdan da ölkədə bahalaşma ilə bağlı hansısa bir narahatlığın və ya daxili bazarda elə də böyük qiymət fərqinin yaranacağı ehtimalı azdır”. 

Yaxın aylarda daxili bazarda qızılın daha da bahalaşacağını söyləyən, ekpert qeyd edib ki, bu da əhalinin alıcılıq qabiliyyətini aşağı salacaq: 

Qızılın bahalaşdıran əsas faktor budur

Qeyd edək ki, martın əvvəlindən bu tərəfə dünya birjalarında qızılın qiyməti artmağa başlayıb. Qızılın bahalaşaraq dünya birjalarında tarixi maksimuma yüksəlməsinin arxasında dayanan əsas faktor isə inkişaf etmiş ölkələrin mərkəzi banklarının faizləri yavaş-yavaş azaldacaqları ilə bağlı ehtimalların artmasıdır. Belə olan halda qızıl investorlar üçüb daha cəlbedici görünür və qızılın məzənnəsi yüksəlir.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO