“Mən həmişə Azərbaycana məmnuniyyətlə gəlirəm. Avropa Azərbaycandan təbii qaz almağa davam edəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson energetika naziri Pərviz Şahbazov ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, hazırda Avropa Azərbaycandan 11 milyard kubmetr təbii qaz idxal edir.
“Biz Azərbaycan ilə enerji sahəsində əməkdaşlıq əlaqələrini daha da artırmaq fikrindəyik və 2027-ci ilə kimi Azərbaycandan qaz idxalının həcmini 20 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Avropa ilə Azərbaycan 2020-ci ildən başlayaraq enerji sahəsində əməkdaşlığa başlayıb. Bu illər ərzində bir çox layihələr həyata keçirilib və Azərbaycan hər zaman etibarlı tərəfdaş olduğunu nümayiş etdirib. Biz yaşıl enerji sahəsində də Azərbaycan ilə əməkdaşlığı davam etdirəcəyik”, - deyə Kadri Simson vurğulayıb.
- A-
- A
- A+
İqtisadiyyat
19:03 / 01.03.2024
Aİ komissarı: "Azərbaycan hər zaman etibarlı tərəfdaş olduğunu nümayiş etdirib" - VİDEO
Hazırda oxunan: Aİ komissarı: "Azərbaycan hər zaman etibarlı tərəfdaş olduğunu nümayiş etdirib" - VİDEO
Hazırda oxunan: Aİ komissarı: "Azərbaycan hər zaman etibarlı tərəfdaş olduğunu nümayiş etdirib" - VİDEO
180676
Bizim.Mediz
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.