Manatın dövretmə sürəti NİYƏ AZALIB?

Manatın dövretmə sürəti NİYƏ AZALIB?

Hazırda oxunan: Manatın dövretmə sürəti NİYƏ AZALIB?

180646

Azərbaycan Mərkəzi Bankının son hesabatına görə, cari il fevral ayının 1-nə qədər manatın dövretmə sürəti 3,20 bənd təşkil edib. 

Bu göstərici 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə 0,28 bənd, 2023-ci ilin fevral ayının 1-nə nisbətən isə 0.82 bənd azalıb.

Manatın dövretmə sürəti niyə aşağı düşüb? 

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, istənilən valyutanın dövretmə sürəti iqtisadi aktivliklə bağlıdır:

“Bir sözlə, ölkədə puldan az istifadə olunur. Bundan isə o zaman çox istifadə olunur ki, bağlanan əqdlərin sayı da artır və bu da ödənişlərin sayının artımına təsir edir. Xüsusilə də, alqı-satqı işləri böyük əhəmiyyət kəsb edir”. 

Onun sözlərinə görə, əgər ölkədə iqtisadi aktivlik azalarsa, pulun dövriyyə sürəti də avtomatik aşağı düşəcək:

“Bu da ondan xəbər verir ki, son illər ölkəmizdə ümum daxili məhsul (ÜDM) azalmağa başlayıb. Düzdür, azalmanın həcmi elə də böyük deyil, amma iqtisadiyyata müəyyən təsirləri olacaq. Əslində isə sürətin azalması müəyyən bir prosesin nəticəsidir”. 

Ekspert qeyd edib ki, əsas məsələ iqtisadiyyatın artım templərinin azalması ilə bağlıdır:

“ Bunun qarşısını almaq üçün də qeyri-neft sektorunu inkişaf etdirmək və mövcud qanunvericiliyi möhkəmləndirmək lazımdır. Bunlar olmalıdır ki, vətəndaşlar da iş qurub, sahibkarlıqla məşğul olsunlar, pul qazansınlar və aktivlərini artıra bilsinlər”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO