Sələmçilər borcu olan şəxsin əmlaklarını ala bilərmi? – HÜQUQİ İZAH  

Sələmçilər borcu olan şəxsin əmlaklarını ala bilərmi? – HÜQUQİ İZAH  

Hazırda oxunan: Sələmçilər borcu olan şəxsin əmlaklarını ala bilərmi? – HÜQUQİ İZAH  

180644

Azərbaycanda hələ də sələmçiliklə məşğul olan çoxlu sayda insan var. Bir çoxları isə pulu banklardan deyil, sələmçidən alır. Hansı ki, sələmçilər yüksək faizlə borc verərək böyük məbləğdə gəlir əldə edir. Qarşı tərəf isə pulu vaxtında qaytara bilməyəndə əmlakını itirir. Bu isə böyük ailə faciələri, boşanmalar, hətta tərəflərdən birinin ölümü ilə nəticələnə bilir. 

Qeyd edək ki, böyük həcmdə vəsait qazanmalarına baxmayaraq sələmçilərin heç bir maliyyə öhdəliyi yoxdur və vergi vermirlər. Faktiki olaraq, sələmçiliklə məşğul olanlar kredit verənlərdir. Azərbaycan qanunlarına əsasən, kredit fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir şəxs müvafiq qurumlardan lisenziya almalıdır.
 

MÖVZU İLƏ BAĞLI:

İslam ölkələri içərisində ən yüksək sələm faizi BU ÖLKƏYƏ aiddir


Bank və maliyyə üzrə ekspert Əkrəm Həsənov Bizim.Media-ya açıqlamasında sələmçiliyin əvvəllər qanuni olduğunu deyib:

“Ötən il oktyabrın 1-dən Mülki Məcəllənin 37-ci fəsli (borc fəsli) dəyişdirilib. Həmin layihənin müəlliflərindən biri də mənəm. Layihəni 2014-cü ildə alman professoru Peter Krebslə birlikdə hazırlamışdıq. Həmin qanuna görə, faizlə pulu yalnız normativ-hüquqi aktlara uyğun olaraq, kreditlərin verilməsi fəaliyyətini həyata keçirməyə malik olan banklar, kredit təşkilatları və lombardlar verə bilər. Vətəndaşlar isə bunu edə bilməzlər”. 

Ekspert qeyd edib ki, çox vaxt sələmçiliklə gizli məşğul olurlar:

“Vətəndaşa 5 min manat pul verir, amma müqavilədə 7 min manat yazırlar. Əgər vətəndaş borcu verə bilmirsə, narahat olmasın, gözləsin ki, sələm verən onu məhkəməyə versin. Yəni borc verən adam pulu geri almaqdan ötrü şəxsin evini satdıra, girov götürə bilməz. Lakin məhkəmənin qərarı ilə əşyalar satıla bilər. 

Bu, sələmə olan borca görə deyil. Ümumi kiminsə borcu varsa və geri qaytara bilmirsə, məhkəmə qərarı ilə onun ancaq əşyaları satıla bilər. Ümumilikdə isə, sələm verən şəxslər barədə aidiyyatı qurumlara müraciət etmək lazımdır”.

Ekspert onu da əlavə edib ki, sələmçilik fəaliyyətini tənzimləyən heç bir qurum və hüquqi sənəd yoxdur:

“Adətən, sələmçi ilə sələm götürən arasında notarial qaydada borc müqaviləsi bağlanır, sonradan ödəmə gecikəndə və yaxud digər hallarda narazılıq ya polis vasitəsilə, ya da məhkəmə qaydasında həllini tapır. Dövlət iki insan arasında bağlanan borc müqaviləsinə müdaxilə edə bilmir. Çünki müqavilə ilə verilən borcun sələm olub-olmadığı bilinmir. Sələmçiliyin digər zərərli tərəfi bu cür borcların yüksək faiz müqabilində verilməsidir. 

Kredit verən maliyyə təşkilatları illik 15-36 faizlə borc verdiyi halda sələmçilər borcu illik 60-120 faizlə ayırır. Buna görə də sələmçilərin fəaliyyətinin ya qadağan edilməsi, ya da lisenziyalaşdırılması aktual məsələ kimi qalır. Sələmçilik qanuni formaya salınarsa, həm onların vergidən yayınmasının qarşısını alar, həm də hər hansı mübahisənin sivil müstəvidə çözülməsi və dövlətin müdaxiləsi üçün əsas olar”.

Nuranə Daxilqızı, Bizim.Media  

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO