Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Hazırda oxunan: Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

180507

2024-cü il 1 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 11.434,4 milyon manat və ya 2023-cü il üzrə ÜDM-in 9,3 faizini təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, dövlət zəmanətinin 10.208,8 milyon manatı (6.005,2 milyon ABŞ dolları) və ya 89,3 faizi xarici kreditlərin, 1.225,6 milyon manatı və ya 10,7 faizi isə daxili kreditlərin payına düşür. 

Borcun tərkibində avro 5,4 %, yapon yeni 2,9 %, digər valyutalar 0,5 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,3 % paya malik olub.

Qeyd edilib ki, xarici dövlət borcunun 52,5 %-i 5 ilə qədər olan müddətdə, 40,3 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 7,2 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO