"Gənc alimə ev verməkdənsə, elə maaş verək ki, həm də ev ala bilsin" - Emin Əmrullayev 

Hazırda oxunan: "Gənc alimə ev verməkdənsə, elə maaş verək ki, həm də ev ala bilsin" - Emin Əmrullayev 

180421

Ali təhsil müəssisəsinin elmi şurası maliyyəni xərcləmə istiqamətini özü tənzimləməlidir.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

"Amma, sözsüz ki, biz də bu prosesə mümkün nəzarəti edirik və edəcəyik", - o bildirib.

Nazir deyib ki, Azərbaycan elminin inkişafının qısa yollarından biri Türkiyənin ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərdir:

"Onlar Azərbaycana gəlir, müəyyən müzakirələr edilir. Dil və məsafə yaxınlığı göstərir ki, türk ali təhsil müəssisələri ilə əməkdaşlıq vacibdir. Qısa zamanda nəticə əldə etmək istəyiriksə, buna davamlı şəkildə səy göstərməliyik”.

Emin Əmrullayev vurğulayıb ki, gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik: “Hazırda bu zalda gənc alimlər arxada əyləşib, hesab edirəm ki, bu elm sahəsində gənclərə münasibəti göstərir. Onları özümüzdən uzaq tutmaq Azərbaycan elmində gənclərə verilən rolun göstəricisidir. Gənclərə vəd verməkdənsə, səlahiyyət və maliyyə verməliyik".
Nazirin sözlərinə görə, xaricdə təhsil alan gənclər artıq ölkəyə qayıdır: "Bu mənada, onları metaforik mənada ön sıralara çəkməliyik, bundan qorxmamalıyıq. Təkcə vəd verməklə nəsə olmur. Gənc alimə ev verməkdənsə, ona elə maaş verək ki, həm özünə ev ala bilsin, həm də motivasiyası olsun".

Nazir gənc alimlərin qərar verəcək postlarda olmasının vacibliyini vurğulayıb:

"Düşünək, nə qədər gənc alim qərar verənlərin sırasındadır? Gəlin sayaq. Görəcəyik ki, bu rəqəm çox azdır".

Emin Əmrullayev
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO