Rusiya Türkiyəyə ən çox məhsul ixrac edən ölkədir

Hazırda oxunan: Rusiya Türkiyəyə ən çox məhsul ixrac edən ölkədir

180285

Yanvar ayında Türkiyə Rusiyadan 4,32 milyard dollar həcmində məhsul idxal edib. Bu, idxal edilən məhsul və xidmətlərin ümumi həcminin 16,5 faizini təşkil edir.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutunun məlumatında deyilir.

Türkiyəyə ixrac həcminə görə, Rusiyadan sonrakı dörd yeri Çin (2,89 milyard dollar), Almaniya (1,91 milyard dollar), ABŞ (1,4 milyard dollar) və İtaliya (1,18 milyard dollar) tutur. Ölkəyə idxal edilən məhsulların 44,7 faizi siyahıdakı ilk beş ölkənin payına düşür.

Almaniya isə Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkədir (1,76 milyard dollar). Sonrakı yerlərdə ABŞ (1,22 milyard dollar), İraq (1,97 milyard dollar), Böyük Britaniya (1,22 milyard dollar) və İtaliya (0,99 milyard dollar) qərarlaşıb.
Statistika İnstitutu, həmçinin yanvar ayında xarici ticarət kəsirinin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz azalaraq 14,29 milyard dollardan 6,22 milyard dollara endiyini bildirib. 2024-cü ilin yanvar ayında enerji və qızıl istisna olmaqla, ixracda 3 faiz artım, idxalda isə 6,2 faizlik eniş qeydə alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO