Azərbaycan Özbəkistan aqrar sahədə müqavilə bazasının gücləndirilməsini müzakirə edib - FOTO

Hazırda oxunan: Azərbaycan Özbəkistan aqrar sahədə müqavilə bazasının gücləndirilməsini müzakirə edib - FOTO

180172

Azərbaycan ilə Özbəkistan arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir Məcnun Məmmədov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla görüşüb.

Nazir bildirib ki, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələri bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Azərbaycanda aqrar sektora dövlət dəstəyi barədə qonağa məlumat verən M.Məmmədov bildirib ki, Azərbaycan Özbəkistanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında aqrar sahədə hüquq-müqavilə bazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsində ən müasir texnologiyaların transferi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi, aqrar sığorta mexanizminin tətbiqinə dair təcrübə mübadiləsi aparılması və digər məsələlər müzakirə olunub.

Özbəkistanın pambıqçılıq və ipəkçilik sahəsində böyük təcrübəyə malik olduğunu deyən nazir hər iki ölkə mütəxəssislərinin bu istiqamətlərdə davamlı təcrübə mübadiləsi apardıqlarını vurğulayıb.
Tərəflər aqrar sahə üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, elmi tədqiqat institutları arasında əməkdaşlığı genişləndirmək barədə də fikir mübadiləsi aparıblar.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO