Rusiya, Azərbaycan və İran arasında elektrik sistemlərinin birləşdirilməsi istiqamətində danışıqlar davam edir.
Bizim.Media xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali İRNA agentliyinə müsahibəsində deyib.
O bildirib ki, sistemlərin birləşdirilməsi enerji mübadiləsinin həyata keçirilməsinə imkan verəcək. Bununla yanaşı zəruri ehtiyac yarandığı halda qarşı tərəfdən enerji idxalı da həyata keçirilə bilər.
Bu gün Tehranda Rusiya-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın iclasına toxunan səfir nəzərə çatdırıb ki, iclasda müzakirə olunacaq əsas məsələlərdən biri 162 kilometrlik Rəşt-Astara dəmir yolunun tikintisi olacaq.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
11:40 / 27.02.2024
Rusiya, Azərbaycan və İranın elektrik sistemləri birləşdiriləcək?
Hazırda oxunan: Rusiya, Azərbaycan və İranın elektrik sistemləri birləşdiriləcək?
Hazırda oxunan: Rusiya, Azərbaycan və İranın elektrik sistemləri birləşdiriləcək?
180070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.