Zəngəzur dəhlizinin açılması Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yükdaşıma qabiliyyətini artıracaq.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT Haber”ə açıqlamasında deyib.
O, qeyd edib ki, Zəngəzur dəhlizinin İran ərazisindən keçmə ehtimalı kimi alternativ də mövcuddur.
Nazir onu da əlavə edib ki, Türkiyə tərəfi Naxçıvanla Qars arasındakı 224 km-lik dəmir yolu xəttinin inşasını bitirib.
Bizim.Media