Bu ilin noyabrın 2-də Rusiya rublunun manata qarşı məzənnəsi yeddiaylıq minimuma enərək 0,0213 manat təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, rublun məzənnəsi sonuncu dəfə bu səviyyədən aşağı cari ilin martın 19-da enib. Sözügedən tarixdə 1 rubl 0,0208 manata bərabər idi.
Qeyd edək ki, rublun bu il manata qarşı məzənnəsinin ən yüksək həddi 13 yanvar tarixində qeydə alınıb – 0,0278 manat. Beləliklə, həmin vaxtdan rubl manata qarşı 23,4% zəifləyib.
Bizim.Media